Skip to content

Yol hərəkəti təhlükəsizliyinin əsasları

Yüklənir…
83 sual
  1. Dayanma yolu dedikdə nə başa düşülür?
  2. Nəqliyyat vasitəsinin tormoz yolunun azaldılması əldə edilir:
  3. Minik avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi olmayan qoşqu ilə hərəkət edərsə?
  4. Yük avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi nasaz olan digər avtomobili yedəkdə aparırsa?
  5. Meşə sahəsindən açıq sahəyə çıxarkən "Yandan əsən külək" nişanı quraşdırılmışdırsa, Siz nə etməlisiniz?
  6. Yolun hansı sahəsində hərəkət edərkən yandan əsən güclü küləyin təsiri daha təhlükəlidir?
  7. Sıx nəqliyyat axınında hərəkət edərkən qəza vəziyyətinin yaranma ehtimalı az olar, əgər idarə etdiyiniz nəqliyyat vasitəsinin sürəti:
  8. Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda işıqlandırılmayan yolda faranın yaxın işıqları ilə hərəkət edən minik avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
  9. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan avtomagistralda faranın yaxın işıqları ilə hərəkət edən yük avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
  10. Sutkanın qaranlıq vaxtı yoxuşun zirvəsinə yaxınlaşanda sürücüyə məsləhət görülür ki, faraların uzaq işığını yaxın işığa keçirsin:
  11. Gecə vaxtı küləkli qar yağmurunda hansı xarici işıq cihazlarının qoşulması yolun ən yaxşı görünməsini təmin edir?
  12. Avtomobilin sağ təkərləri yolun sağındakı yumşaq yaş torpağa çıxdığı halda məsləhət görülür:
  13. Yoxuşda hərəkətə başlayan zaman hansı anda duracaq tormozun dəstəyini buraxmağa başlamaq lazımdır?
  14. Yük avtomobilinin arxasınca təhlükəsiz distansiyada uzun müddət hərəkət etdikdən sonra onu ötmək üçün şans yaranır. Bu halda Siz nə etməlisiniz?
  15. Sərt enişdə avtomobilin mühərriklə tormozlanması zamanı sürücü hansı şərtlərə görə ötürməni seçməlidir?
  16. Sərt enişdə ilişmə muftasının (ötürmələrin) ayrılması ilə uzun müddətli tormozlama nə ilə təhlükəlidir?
  17. Hansı hallarda minik avtomobili döngələrdə aşmağa qarşı daha davamlıdır?
  18. Döngədə mərkəzdənqaçma qüvvəsi hərəkət sürətinin artması ilə necə dəyişir?
  19. Sürücünün hansı hərəkətləri döngədə yaranan mərkəzdənqaçma qüvvəsinin azalmasına səbəb ola bilər?
  20. Avtoqatarın qoşqusu döngədə hansı tərəfə yerdəyişmə edir?
  21. Qarlı torpaq yolda hərəkət etmək üçün sürücü nə etməlidir?
  22. Su sahəsini keçdikdən sonra tormozun effektivliyini tez vaxtda bərpa etmək məqsədi ilə sürücü nə etməlidir?
  23. Düz yolda saatda 60 kilometr sürətlə hərəkət edərkən Siz qəflətən yolun böyük olmayan sürüşkən sahəsinə çıxırsınız. Bu halda nə etmək lazımdır?
  24. Səthi quru olan asfalt-beton örtüklü yolda hərəkət edərkən çiskin yağış yağmağa başlayırsa, sürücü nə etməlidir?
  25. Hansı tormozlama üsulu sürüşkən yolda avtomobilin manevr etmə qabiliyyətini saxlamağa imkan verir?
  26. Sürüşkən yolda kəskin tormozlamanı necə yerinə yetirmək lazımdır?
  27. Hərəkət sürətinin birdən (qəfildən) artırılması ilə əlaqədar sürüşmə baş verdikdə sürücü qazın pedalına necə təsir etməlidir?
  28. Tormoz vermə zamanı əmələ gələn sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü birinci növbədə:
  29. Sürüşkən yolda sükanın tez döndərilməsindən yaranan təhlükəli sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü nə etməlidir?
  30. Döngədə arxa körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
  31. Hansı avtomobildə hərəkət edərkən sürətin artırılması arxa oxun sürüşməsinin aradan qaldırılmasını təmin edə bilər?
  32. Döngədə qabaq körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
  33. Sürücünün son dərəcə yorğunluğu onun diqqət və reaksiyasına necə təsir göstərir?
  34. Nəqliyyat vasitəsinin birinci ötürmədə uzun müddət sürülməsi yanacaq sərfinə necə təsir göstərir?
  35. Pis görünmə şəraitində hərəkət edərkən sürəti elə seçmək lazımdır ki:
  36. Spirtli içkilərin qəbulu sürücünün reaksiya müddətinə necə təsir göstərir?
  37. Sürücünün son dərəcə yorğunluğunun tipik əlamətləri hansılardır?
  38. "Sürücünün reaksiya müddəti" dedikdə nə başa düşülür?
  39. Sutkanın qaranlıq vaxtı və toranlıqda qarşıdan gələn avtomobilin sürəti necə qəbul olunur?
  40. Avtomobilin hansı üsulla sürülməsi yanacağın minimum sərfini təmin edir?
  41. Duman şəraitində hərəkət edərkən əşyalara qədər olan məsafə necə qəbul olunur?
  42. Yüksək sürətlə düzünə hərəkət edən avtomobillərdən hansı daha dayanlıqlı olur?
  43. Dartı qüvvəsi ilə təkərin yolla yapışma qüvvələrinin hansı nisbətində hərəkət təkərin yerində fırlanması olmadan alınır?
  44. Şinlərlə yol örtüyü arasındakı ilişmə qüvvəsi sürətin artması ilə əlaqədar olaraq necə dəyişir?
  45. Qarşıdan gələn hansı nəqliyyat vasitəsinin sürəti real olduğundan daha yüksək qəbul edilir?
  46. Kəskin tormozlama zamanı avtomobilin hansı təkərləri blakirovkalanmaya daha çox meyilli olur?
  47. Hansı cavabda yol örtükləri ilişmə əmsalının artmasına uyğun olaraq sadalanmışdır?
  48. Əgər avtomobilin hərəkət sürəti üç dəfə artırılarsa, tormoz yolu neçə dəfə artar?
  49. Sürətin artırılması ilə görmə sahəsi:
  50. Hansı şəkildə təqtinin pedalda düzgün vəziyyəti göstərilib?
  51. Real sürətin nisbətən az olması təəssüratını hansı rənglər yaradır?
  52. Atmosfer təzyiqi avtomobilin yanacaq sərfinə necə təsir göstərir?
  53. Havanın temperaturu avtomobilin yanacaq sərfinə necə təsir göstərir?
  54. Avtomobilin yoxuşda (enişdə) dayandırılması zamanı onun özbaşına diyirlənməsinin qarşısını almaq üçün sürücü qabaq təkərləri döndərməlidir. Şəkildəki yolun kənarlarında bordürün olduğu halda hansı nəqliyyat vasitəsinin sürücüsü bu tələbləri düzgün yerinə yetirir?
  55. Avtomobilin yoxuşda (enişdə) dayandırılması zamanı onun özbaşına diyirlənməsinin qarşısını almaq üçün sürücü qabaq təkərləri döndərməlidir. Şəkildəki yolun kənarlarında bordürün olmadığı halda hansı nəqliyyat vasitəsinin sürücüsü bu tələbləri düzgün yerinə yetirir?
  56. Hansı şəkildə sükanın üzərində əllərin vəziyyəti düzgün göstərilmişdir?
  57. Hansı şəkildə yolayrıcı sayılmayan, lakin soldan bitişik ərazisi olan yerdə təhlükəsiz geriyə dönmə göstərilmişdir?
  58. Hansı şəkildə yolayrıcı sayılmayan, lakin sağdan bitişik ərazisi olan yerdə təhlükəsiz geriyə dönmə göstərilmişdir?
  59. Sürücü hansı şəkildə sola dönməni təhlükəsizliyi ən çox təmin edən trayektoriya ilə yerinə yetirir?
  60. Sürücü hansı şəkildə sağa dönməni təhlükəsizliyi ən çox təmin edən trayektoriya ilə yerinə yetirir?
  61. Hansı cavabda yapışma əmsalının azalması asfaltbeton örtüyünün hallarının sadalanmasına uyğundur:
  62. Təhlükəsizlik kəmərini bağlayandan sonra Siz aşkar edirsiniz ki, əlləriniz sükana və ötürmələr qutusunun dəstəyinə çatmır. Belə olan halda Siz nə etməlisiniz?
  63. Yolun hansı döngələrində avtomobil aşmağa qarşı daha davamlıdır?
  64. Hərəkət zamanı avtomobilin arxa şinlərindən birinin boşalmasını bildirən əlamətlər hansı cavabda göstərilmişdir?
  65. Qumsallıqda avtomobilin keçid qabiliyyətini yüksəltmək üçün şinlərdə havanın təzyiqini necə dəyişmək lazımdır?
  66. Avtomobildə yanğın baş verdikdə nə etmək lazımdır?
  67. Sərnişinlərin və bərkidilməyən yükün intensiv irəli yerdəyişməsi nə ilə əlaqədər ola bilər?
  68. Döngələrdə mərkəzdən qaçma qüvvəsinin artmasının səbəbi nədir?
  69. Eninə kəsiyi göstərilmiş hansı yol avtomobilin döngədə hərəkəti zamanı onun dayanıqlığını daha çox təmin edir?
  70. Bu qaydada yüklənmiş avtomobilin aşma ehtimalı hansı döngələrdə daha çoxdur?
  71. Kifayət dərəcədə tez olmayan reaksiya qabiliyyətini necə kompensasiya etmək olar?
  72. Sürücünün emosional halı hərəkətin təhlükəsizliyinə təsir edir?
  73. Siz gecə vaxtı faraların yaxın işıqları qoşaraq quru torpaq yolla 40 km/s sürətlə hərəkət edirsiniz. Sizin hesabınızla bu şəraitdə avtomobilin dayanma yolu, təxminən, 40 m olmalıdır. Siz necə hesab edirsiniz, bu halda sürəti artırmağa mümkünat var?
  74. Sükan arxasında hansı oturuş vəziyyəti düzgündür?
  75. Avtomobil döngələrdə hərəkət edərkən hansı hallarda aşmağa qarşı daha davamlı olur?
  76. Hansı avtosisterna aşmağa qarşı daha davamlıdır?
  77. Karbüratorun drossel qapağının qəfildən açılması hansı təhlükələr törədə bilər?
  78. Hansı amillər təkərlərin yolun döşəməsi ilə yapışma əmsalını artırır?
  79. İşçi tormozu qəflətən xarab olan avtomobili necə saxlamaq olar?
  80. Aşağı ötürməyə keçəndə mühərrikin dövriyyəsi necə dəyişir?
  81. "Su qatının" yaranmasından təkərlərə yol arasında ilişmə itdikdə sürücü nə etməlidir?
  82. Şəkildə göstərilən Rd ölçüsü necə adlanır?
  83. Sürətin intensiv artırmaq vaxtında kəskin tormozlama hansı təhlükələr törədə bilər?