Yüklənir…
83 sual
- Dayanma yolu dedikdə nə başa düşülür?
- Nəqliyyat vasitəsinin tormoz yolunun azaldılması əldə edilir:
- Minik avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi olmayan qoşqu ilə hərəkət edərsə?
- Yük avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi nasaz olan digər avtomobili yedəkdə aparırsa?
- Meşə sahəsindən açıq sahəyə çıxarkən "Yandan əsən külək" nişanı quraşdırılmışdırsa, Siz nə etməlisiniz?
- Yolun hansı sahəsində hərəkət edərkən yandan əsən güclü küləyin təsiri daha təhlükəlidir?
- Sıx nəqliyyat axınında hərəkət edərkən qəza vəziyyətinin yaranma ehtimalı az olar, əgər idarə etdiyiniz nəqliyyat vasitəsinin sürəti:
- Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda işıqlandırılmayan yolda faranın yaxın işıqları ilə hərəkət edən minik avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
- Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan avtomagistralda faranın yaxın işıqları ilə hərəkət edən yük avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
- Sutkanın qaranlıq vaxtı yoxuşun zirvəsinə yaxınlaşanda sürücüyə məsləhət görülür ki, faraların uzaq işığını yaxın işığa keçirsin:
- Gecə vaxtı küləkli qar yağmurunda hansı xarici işıq cihazlarının qoşulması yolun ən yaxşı görünməsini təmin edir?
- Avtomobilin sağ təkərləri yolun sağındakı yumşaq yaş torpağa çıxdığı halda məsləhət görülür:
- Yoxuşda hərəkətə başlayan zaman hansı anda duracaq tormozun dəstəyini buraxmağa başlamaq lazımdır?
- Yük avtomobilinin arxasınca təhlükəsiz distansiyada uzun müddət hərəkət etdikdən sonra onu ötmək üçün şans yaranır. Bu halda Siz nə etməlisiniz?
- Sərt enişdə avtomobilin mühərriklə tormozlanması zamanı sürücü hansı şərtlərə görə ötürməni seçməlidir?
- Sərt enişdə ilişmə muftasının (ötürmələrin) ayrılması ilə uzun müddətli tormozlama nə ilə təhlükəlidir?
- Hansı hallarda minik avtomobili döngələrdə aşmağa qarşı daha davamlıdır?
- Döngədə mərkəzdənqaçma qüvvəsi hərəkət sürətinin artması ilə necə dəyişir?
- Sürücünün hansı hərəkətləri döngədə yaranan mərkəzdənqaçma qüvvəsinin azalmasına səbəb ola bilər?
- Avtoqatarın qoşqusu döngədə hansı tərəfə yerdəyişmə edir?
- Qarlı torpaq yolda hərəkət etmək üçün sürücü nə etməlidir?
- Su sahəsini keçdikdən sonra tormozun effektivliyini tez vaxtda bərpa etmək məqsədi ilə sürücü nə etməlidir?
- Düz yolda saatda 60 kilometr sürətlə hərəkət edərkən Siz qəflətən yolun böyük olmayan sürüşkən sahəsinə çıxırsınız. Bu halda nə etmək lazımdır?
- Səthi quru olan asfalt-beton örtüklü yolda hərəkət edərkən çiskin yağış yağmağa başlayırsa, sürücü nə etməlidir?
- Hansı tormozlama üsulu sürüşkən yolda avtomobilin manevr etmə qabiliyyətini saxlamağa imkan verir?
- Sürüşkən yolda kəskin tormozlamanı necə yerinə yetirmək lazımdır?
- Hərəkət sürətinin birdən (qəfildən) artırılması ilə əlaqədar sürüşmə baş verdikdə sürücü qazın pedalına necə təsir etməlidir?
- Tormoz vermə zamanı əmələ gələn sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü birinci növbədə:
- Sürüşkən yolda sükanın tez döndərilməsindən yaranan təhlükəli sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü nə etməlidir?
- Döngədə arxa körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
- Hansı avtomobildə hərəkət edərkən sürətin artırılması arxa oxun sürüşməsinin aradan qaldırılmasını təmin edə bilər?
- Döngədə qabaq körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
- Sürücünün son dərəcə yorğunluğu onun diqqət və reaksiyasına necə təsir göstərir?
- Nəqliyyat vasitəsinin birinci ötürmədə uzun müddət sürülməsi yanacaq sərfinə necə təsir göstərir?
- Pis görünmə şəraitində hərəkət edərkən sürəti elə seçmək lazımdır ki:
- Spirtli içkilərin qəbulu sürücünün reaksiya müddətinə necə təsir göstərir?
- Sürücünün son dərəcə yorğunluğunun tipik əlamətləri hansılardır?
- "Sürücünün reaksiya müddəti" dedikdə nə başa düşülür?
- Sutkanın qaranlıq vaxtı və toranlıqda qarşıdan gələn avtomobilin sürəti necə qəbul olunur?
- Avtomobilin hansı üsulla sürülməsi yanacağın minimum sərfini təmin edir?
- Duman şəraitində hərəkət edərkən əşyalara qədər olan məsafə necə qəbul olunur?
- Yüksək sürətlə düzünə hərəkət edən avtomobillərdən hansı daha dayanlıqlı olur?
- Dartı qüvvəsi ilə təkərin yolla yapışma qüvvələrinin hansı nisbətində hərəkət təkərin yerində fırlanması olmadan alınır?
- Şinlərlə yol örtüyü arasındakı ilişmə qüvvəsi sürətin artması ilə əlaqədar olaraq necə dəyişir?
- Qarşıdan gələn hansı nəqliyyat vasitəsinin sürəti real olduğundan daha yüksək qəbul edilir?
- Kəskin tormozlama zamanı avtomobilin hansı təkərləri blakirovkalanmaya daha çox meyilli olur?
- Hansı cavabda yol örtükləri ilişmə əmsalının artmasına uyğun olaraq sadalanmışdır?
- Əgər avtomobilin hərəkət sürəti üç dəfə artırılarsa, tormoz yolu neçə dəfə artar?
- Sürətin artırılması ilə görmə sahəsi:
- Hansı şəkildə təqtinin pedalda düzgün vəziyyəti göstərilib?
- Real sürətin nisbətən az olması təəssüratını hansı rənglər yaradır?
- Atmosfer təzyiqi avtomobilin yanacaq sərfinə necə təsir göstərir?
- Havanın temperaturu avtomobilin yanacaq sərfinə necə təsir göstərir?
- Avtomobilin yoxuşda (enişdə) dayandırılması zamanı onun özbaşına diyirlənməsinin qarşısını almaq üçün sürücü qabaq təkərləri döndərməlidir. Şəkildəki yolun kənarlarında bordürün olduğu halda hansı nəqliyyat vasitəsinin sürücüsü bu tələbləri düzgün yerinə yetirir?
- Avtomobilin yoxuşda (enişdə) dayandırılması zamanı onun özbaşına diyirlənməsinin qarşısını almaq üçün sürücü qabaq təkərləri döndərməlidir. Şəkildəki yolun kənarlarında bordürün olmadığı halda hansı nəqliyyat vasitəsinin sürücüsü bu tələbləri düzgün yerinə yetirir?
- Hansı şəkildə sükanın üzərində əllərin vəziyyəti düzgün göstərilmişdir?
- Hansı şəkildə yolayrıcı sayılmayan, lakin soldan bitişik ərazisi olan yerdə təhlükəsiz geriyə dönmə göstərilmişdir?
- Hansı şəkildə yolayrıcı sayılmayan, lakin sağdan bitişik ərazisi olan yerdə təhlükəsiz geriyə dönmə göstərilmişdir?
- Sürücü hansı şəkildə sola dönməni təhlükəsizliyi ən çox təmin edən trayektoriya ilə yerinə yetirir?
- Sürücü hansı şəkildə sağa dönməni təhlükəsizliyi ən çox təmin edən trayektoriya ilə yerinə yetirir?
- Hansı cavabda yapışma əmsalının azalması asfaltbeton örtüyünün hallarının sadalanmasına uyğundur:
- Təhlükəsizlik kəmərini bağlayandan sonra Siz aşkar edirsiniz ki, əlləriniz sükana və ötürmələr qutusunun dəstəyinə çatmır. Belə olan halda Siz nə etməlisiniz?
- Yolun hansı döngələrində avtomobil aşmağa qarşı daha davamlıdır?
- Hərəkət zamanı avtomobilin arxa şinlərindən birinin boşalmasını bildirən əlamətlər hansı cavabda göstərilmişdir?
- Qumsallıqda avtomobilin keçid qabiliyyətini yüksəltmək üçün şinlərdə havanın təzyiqini necə dəyişmək lazımdır?
- Avtomobildə yanğın baş verdikdə nə etmək lazımdır?
- Sərnişinlərin və bərkidilməyən yükün intensiv irəli yerdəyişməsi nə ilə əlaqədər ola bilər?
- Döngələrdə mərkəzdən qaçma qüvvəsinin artmasının səbəbi nədir?
- Eninə kəsiyi göstərilmiş hansı yol avtomobilin döngədə hərəkəti zamanı onun dayanıqlığını daha çox təmin edir?
- Bu qaydada yüklənmiş avtomobilin aşma ehtimalı hansı döngələrdə daha çoxdur?
- Kifayət dərəcədə tez olmayan reaksiya qabiliyyətini necə kompensasiya etmək olar?
- Sürücünün emosional halı hərəkətin təhlükəsizliyinə təsir edir?
- Siz gecə vaxtı faraların yaxın işıqları qoşaraq quru torpaq yolla 40 km/s sürətlə hərəkət edirsiniz. Sizin hesabınızla bu şəraitdə avtomobilin dayanma yolu, təxminən, 40 m olmalıdır. Siz necə hesab edirsiniz, bu halda sürəti artırmağa mümkünat var?
- Sükan arxasında hansı oturuş vəziyyəti düzgündür?
- Avtomobil döngələrdə hərəkət edərkən hansı hallarda aşmağa qarşı daha davamlı olur?
- Hansı avtosisterna aşmağa qarşı daha davamlıdır?
- Karbüratorun drossel qapağının qəfildən açılması hansı təhlükələr törədə bilər?
- Hansı amillər təkərlərin yolun döşəməsi ilə yapışma əmsalını artırır?
- İşçi tormozu qəflətən xarab olan avtomobili necə saxlamaq olar?
- Aşağı ötürməyə keçəndə mühərrikin dövriyyəsi necə dəyişir?
- "Su qatının" yaranmasından təkərlərə yol arasında ilişmə itdikdə sürücü nə etməlidir?
- Şəkildə göstərilən Rd ölçüsü necə adlanır?
- Sürətin intensiv artırmaq vaxtında kəskin tormozlama hansı təhlükələr törədə bilər?