Skip to content

Sürücülərin və sərnişinlərin vəzifələri

Yüklənir…
47 sual
  1. Sürücü kimin tələbi ilə sənədlərini yoxlanılmaq üçün təqdim etməlidir?
  2. Avtomobili ən azı hansı yaş həddinə çatmış şəxs idarə hüququnu ala bilər?
  3. Kimin tələbi ilə sürücü sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinədən keçməlidir?
  4. Siz sahibi olduğunuz motosikleti özünüz yanında olmaqla digər şəxsə idarə etmək üçün verə bilərsiniz?
  5. Yaşayış məntəqələrindən kənarda hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalıdırlar:
  6. Yük avtomobilinin bort platformasında hərəkət edən sərnişinlərə ayaq üstə durmağa, bortun və ya bortdan yuxarı səviyyədə olan yükün üzərində oturmağa icazə verilir?
  7. Hansı nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri hərəkət vaxtı təhlükəsizlik kəmərlərini bağlamalıdırlar?
  8. Əgər yol-nəqliyyat hadisəsi (YNH) nəticesində heç kim xəsarət almamışdırsa, sürücülər hadisəni sənədləşdirmək üçün yaxınlıqda olan DYP-ə gələ bilərlər?
  9. Sürücüdə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır ki, o, icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilini icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan qoşqu ilə idarə etsin?
  10. "C" kateqoriyalı sürücülük vəsiqəsl hansı nəqliyyat vasitələrini idarə etməyə icazə verir?
  11. Siz sahibi olduğunuz minik avtomobilini özünüz yanında olmaqla digər şəxsə idarə etmək üçün verə bilərsiniz?
  12. Sürücüyə hərəkət vaxtı telefonla danışmağa icazə verilir?
  13. Yaşayış məntəqəsində hərəkət zamanı kimlərə təhlükəsizlik kəmərini bağlamamağa icazə verilir?
  14. Minik avtomobilinin sürücüsünə yolda hərəkətdə olan mütəşəkkil avtomobil dəstəsində yer tutmağa icazə verilir?
  15. Sürücü polis əməkdaşının tələbi ilə təcili tibbi yardıma ehtiyacı olan şəxsləri yaxında olan xəstəxanalara aparmaq üçün öz nəqliyyat vasitəsini təqdim etməyə borcludur?
  16. Sürücülük vəsiqəsində hansı kateqoriyanın olması kifayətdir ki, sürücü minik avtomobilini icazə verilən maksimum kütləsi 750 kq qədər olan qoşqu ilə idarə etsin?
  17. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü, ilk növbədə, nə etməlidir?
  18. Siz sahibi olduğunuz icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilini özünüz yanında olmaqla digər şəxsə idarə etmək üçün verə bilərsiniz?
  19. Hərəkət hissəsində zolaqların sayı necə təyin olunmalıdır?
  20. Hansı hallarda sürücü avtomobili (motosikleti) polis işçilərinin sərəncamına verməlidir?
  21. Yaşayış məntəqələrindən kənarda hərəkət zamanı kimlərə təhlükəsizlik kəmərini bağlamamağa icazə verilir?
  22. Hansı sürücülər yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün özünün idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarına təqdim etməlidir?
  23. Yollarda hərəkət edən velosiped dəstələri arasında məsafə nə qədər olmalıdır?
  24. At arabalarının dəstələrindən nə tələb olunur?
  25. Velosiped dəstələrindən nə tələb olunur?
  26. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə qadağandır:
  27. Nəqliyyat vasitəsindən istifadə etmiş polis əməkdaşları sürücünün tələbi ilə nə verməlidirlər?
  28. Nəqliyyat vasitəsindən istifadə etmiş tibb işçiləri sürücünün tələbi ilə nə verməlidir?
  29. Nəqliyyat vasitələrinin yol çiynində və ya səkilərdə hərəkətinə hansı hallarda icazə verilir?
  30. Velosiped və moped sürücülərinə qadağan edilmir:
  31. Hansı əməliyyatları velosiped və moped sürücülərinə tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda qadağandır?
  32. Mütəşəkkil piyada dəstələrində bir sırada neçə nəfərdən çox olmamalıdır?
  33. Piyada yaşayış məntəqələrindən kənarda hərəkət hissəsi ilə hansı istiqamətində getməlidir?
  34. Velosipedçi yaşayış məntəqələrindən kənarda hərəkət hissəsi ilə hansı istiqamətdə getməlidir?
  35. Mütəşəkkil piyada dəstələri yaşayış məntəqələrindən kənarda hərəkət hissəsi ilə hansı istiqamətdə getməlidir?
  36. Təhlükəsizlik kəmərini bağlamamasına kimə icazə verilir?
  37. Oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən çox olan avtomobilləri ən azı hansı yaş həddinə çatmış şəxs idarə hüququnu ala bilər?
  38. "B" kateqoriyalı sürücülük vasiqəsi hansı nəqliyyat vasitələrini idarə etməyə icazə verir?
  39. Hansı sürücülərə banında 8 nəfərdən çox adamlar daşınan yük avtomobillərini idarə etməsinə icazə verilir?
  40. Sərnişinlərin minməsinə və ya düşməsinə yolun hərəkət hissəsi tərəfindən icazə verilir?
  41. Sürücü təcili tibbi yardım göstərmək üçün gedən səhiyyə işçilərini hansı istiqamətdə aparmağa borcludur?
  42. Sürücüdə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır ki, o, icazə verilən maksimum kütləsi 3,5 t olan yük avtomobilini icazə verilən maksimum kütləsi 750 kq olan qoşqu ilə idarə etsin?
  43. Hərəkətdə olan minik avtomobilinin sürücüsünə nə qadağandır?
  44. Siz hansı hallarda avtomobili idarə edə bilərsiniz?
  45. Bu vəziyyətdə qırmızı rəngli avtomobilin sürücüsü nə etməlidir?
  46. Mütəşəkkil piyada dəstələrini günün işıqlı vaxtında necə işarələmək lazımdır?
  47. Mütəşəkkil piyada dəstələrini sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində necə işarələmək lazımdır?