Skip to content

Xarici işıq cihazlarından və səs siqnallarından istifadə edilməsi

Yüklənir…
31 sual
  1. Yaşayış məntəqələrində sutkanın qaranlıq vaxtı yolun süni işıqlandırılmış sahələrində hərəkət edərkən hansı işıq cihazlarından istifadə olunmalıdır?
  2. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahələrində hərəkət edərkən hansı işıq cihazlarından istifadə olunmalıdır?
  3. Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda uzaq işıqlarla hərəkət edərək qarşıda gedən nəqliyyat vasitəsinə çatdıqda Siz nə etməlisiniz?
  4. Süni işıqlandırılan tunelə daxil olduqda hansı xarici işıq cihazları yandırılmalıdır?
  5. Qarşıdan gələn nəqliyyat vasitəsinə azı nə qədər qalmış uzaq işıqlar yaxın işıqlara keçirilməlidir?
  6. Siz uzaq işıqları yaxın işıqlara keçirməyə borclusunuz, əgər qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsü buna ehtiyac olduğunu işıqlarını yandırıb-söndürməklə bildirirsə?
  7. Gözləri işıqdan qamaşan sürücü hərəkət zamanı nə etməlidir?
  8. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində dayanarkən və ya durarkən Siz nə etməlisiniz?
  9. Məhdud görünmə şəraitində hərəkət edərkən duman faralarından istifadə etmək olar:
  10. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahələrində hərəkət edərkən duman faralarından istifadə etmək olar:
  11. Siz duman faralarından istifadə edə bilərsiniz:
  12. Sutkanın işıqlı vaxtında hansı hallarda faraların yaxın işıqlarının yandırılması tələb olunmur?
  13. Sutkanın işıqlı vaxtında uşaq dəstələri daşıyan zaman hansı hallarda faranın yaxın işıqları yandırılmalıdır?
  14. Sutkanın işıqlı vaxtında nasaz nəqliyyat vasitəsini yedəyə alan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
  15. Sutkanın işıqlı vaxtında təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
  16. Sutkanın işıqlı vaxtında xüsusi olaraq ayrılmış zolaqda nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
  17. Sutkanın işıqlı vaxtında mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində hansı xarici işıq cihazları yandırılmalıdır?
  18. Sutkanın işıqlı vaxtında yaşayış məntəqəsində ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
  19. Sutkanın qaranlıq vaxtı hansı hallarda nəqliyyat vasitəsini işıq siqnalları söndürülmüş vəziyyətdə duracağa qoymağa icazə verilir?
  20. Dayanma və ya durma zamanı "Avtoqatar" tanınma nişanı yandırılmalıdır:
  21. Siz arxa duman fənərlərindən istifadə edə bilərsiniz:
  22. Yaşayış məntəqəsindən kənarda ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
  23. Sutkanın işıqlı vaxtında yaşayış məntəqələrindən kənarda hərəkət edən nəqliyyat vasitələrində hansı xarici işıq cihazları yandırılmalıdır?
  24. Səs və işıq siqnallarının verilməsi nəqliyyat vasitələrinin sürücülərini yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad edir?
  25. Yaşayış məntəqələrində yolu işıqlandırmaq üçün axtarıcı faradan istifadə etmək olar?
  26. Hansı halda projektor-faradan və axtarıcı-faradan istifadə etməyə icazə verilir?
  27. Sutkanın işıqlı vaxtında motosikletin hərəkəti zamanı hansı xarici işıq cihazları yandırılmalıdır?
  28. Hansı hallarda faraların yaxın və uzaq işıqların birlikdə istifadə etməyə icazə verilir?
  29. Hansı halda Siz yaşayış məntəqəsində sutkanın qaranlıq vaxtı işıqlandırılmamış yollarda məcburi dayanma vəziyyətində qəza dayanması işıq siqnalını qoşmamağa hüququna maliksiniz?
  30. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində dayanarkən əgər nəqliyyat vasitəsində qabarit işıqlar nasazdırsa nə etmək lazımdır?
  31. Ötmə əməliyyatını etməkdən qabaq, ötdüyünüz avtomobili xəbərdar etmək üçün işıq siqnalları ilə birlikdə səs siqnalını istifadə etmək olar?