Skip to content

Beşinci fəsil. YOL HƏRƏKƏTİ QAYDALARI

Maddə 41. Sərnişinin vəzifələri

Sərnişin:

1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın);

2) hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır;

3) təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, motosikletdə və mopeddə motodəbilqə geyinməlidir.

Qanunun rəsmi mətni yalnız Azərbaycan dilindədir. Mənbə: e-qanun.az, redaksiya 2026-10-26 tarixində yoxlanılıb. e-qanun.az