Skip to content

Beşinci fəsil. YOL HƏRƏKƏTİ QAYDALARI

Maddə 38-1. Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün aşağıdakı vəzifələri vardır:

1) kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;

2) kiçik elektrik nəqliyyat vasitəsini bu növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;

3) müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped yollarında saatda 20 kilometrdən çox olmayan, yaşayış zonalarında, park və həyət ərazilərində saatda 10 kilometrdən çox olmayan sürətlə hərəkət edilməlidir).

Qanunun rəsmi mətni yalnız Azərbaycan dilindədir. Mənbə: e-qanun.az, redaksiya 2026-10-26 tarixində yoxlanılıb. e-qanun.az