Skip to content

İkinci fəsil. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ VƏ AVTOMOBİL YOLLARINDAN İSTİFADƏ EDİLMƏSİ

Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar.

Qanunun rəsmi mətni yalnız Azərbaycan dilindədir. Mənbə: e-qanun.az, redaksiya 2026-10-26 tarixində yoxlanılıb. e-qanun.az